Dünyanın “Qızıl oğlan”ının adı məlum oldu

Dünyanın “Qızıl oğlan”ının adı məlum oldu

23 Oktyabr 2017 15:24
212
Bəyəndim (0) Bəyənmədim (0)

PSJ-nin və Fransa yığmasının hücumçusu Kilian Mbappe "Golden Boy" ("Qızıl oğlan") mükafatının qalibi olub. "Yeniavaz.com"un "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, bu mükafat 21 yaşınadək olan dünyanın ən yaxşı futbolçusuna verilir. Mükafatın təsisçisi İtaliyanın "Tuttosport" qəzetidir (2003-cü il). Səsvermənin yekunu üzrə 19 yaşlı fransız "Mançester Siti"nin forvardı Qabriel Jesus və onun aplua üzrə həmkarı "Barselona"dan olan Usman Dembeleni qabaqlayıb. Ötən il "Golden Boy" mükafatı hazırda "Suonsi Siti"də çıxış edən portuqaliyalı Renatu Sançesə təqdim olunub.