Messiyə ömürlük müqavilə təklifi

Messiyə ömürlük müqavilə təklifi

21 Oktyabr 2017 19:59
248
Bəyəndim (0) Bəyənmədim (0)

Kataloniyanın "Barselona" klubu argentinalı forvard Lionel Messiyə ömürlük müqavilə təklif etmək niyyətindədir.

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, bunu klubun baş direktoru Oskar Qrau deyib.

"Messi iyunda dörd illik müqavilə imzaladı, lakin klub ona ömürlük saziş təklif edəcək. Biz istəyirik ki, Messi karyerasının sonunadək komandada qalsın, çünki o, futbol ilahəsidir. Və biz istəyirik ki, o, karyerasını bitirdikdən sonra yenə də "Barselona"da qalsın", - deyə nəşr baş direktorun sözlərini sitat gətirib.

30 yaşlı Messi 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur. Onun hesabında 30 titul var. O, Kataloniya klubunda keçirdiyi 596 oyuna 522 qol vurub.