UEFA 3 klubumuza maliyyə vəsaiti ayırdı

UEFA 3 klubumuza maliyyə vəsaiti ayırdı

11 Oktyabr 2017 12:26
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA 2017-2018-ci il mövsümündə Avropa Liqası turnirində iştirak edən klublarımıza maliyyə vəsaiti ayırıb.

Qol.az-ın xəbərinə görə, bu barədə AFFA-nın saytı məlumat yayıb. Maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada aşağıda göstərilmiş klubların hesabına köçürülüb.

"Zirə"– 440 min avro

"Qəbələ" – 460 min avro

"İnter" – 440 min avro

Qeyd edək ki, "İnter" üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.