“Qızıl top”a namizədlər açıqlandı

“Qızıl top”a namizədlər açıqlandı

9 Oktyabr 2017 21:23
197
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın nüfuzlu "France Football" nəşri "qızıl top" mükafatına daha 5 namizədi açıqlayıb.

Apasport.az saytının məlumatına görə, Canluici Buffon ("Yuventus"), Antuan Qrizman ("Atletiko"), Radamel Falkao ("Monako"), Toni Kroos ("Real") və Sadio Manenin ("Liverpul") adı da siyahıya əlavə edilib.

Daha öncə açıqlanan siyahıda isə Kevin de Bruyne ("Mançester Siti", Belçika), Robert Levandovski ("Bavariya", Polşa), David De Xea ("Mançester Yunayted", İspaniya), Harri Keyn ("Tottenhem", İngiltərə), Edin Dzekonun ("Roma", Bosniya və Herseqovina), Luis Suares ("Barselona", Uruqvay), Yan Oblak ("Atletiko", Sloveniya), Serxio Ramos ("Real", İspaniya), Filipe Koutinyo ("Liverpul", Braziliya), Dris Mertens ("Napoli", Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.

Yekun siyahıda 30 futbolçu olacaq.

Qeyd edək ki, "qızıl top" mükafatının son qalibi "Real"ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo olub.