Azərbaycan üzgüçüsü Dünya Kubokunun qalibi oldu

Azərbaycan üzgüçüsü Dünya Kubokunun qalibi oldu

5 Oktyabr 2017 09:52
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan üzgüçüsü Maksim Şemberev Dohada (Qətər) keçirilən üzgüçülük üzrə Dünya kuboku mərhələsinin qalibi olub.

Mediainfo.Az "Report"a istinadən bildirir ki, Şemberov 400 metr məsafəyə kompleks üzməkdə 4.06,72 dəqiqəlik nəticə ilə Ayrton Suini (CAR), Gergeli Dyurta (Macarıstan) və Daniil Pasınokvu (Rusiya) qabaqlayıb.
Yarış 2 gün davam edəcək.
Kompleks. 400 m
1. Maksim Şemberev (Azərbaycan) - 4.06,72.
2. Ayrton Suini (CAR) - 4.07,04.
3. Gergeli Dyurta (Macarıstan) - 4.09,58.
4. Daniil Pasınkov (Rusiya) - 4.10,38.