“Arsenal” Özili transferə çıxarır

“Arsenal” Özili transferə çıxarır

3 Oktyabr 2017 19:54
265
Bəyəndim (0) Bəyənmədim (0)

"Arsenal"ın yarımmüdafiəçisi Məsut Özil klubunu dəyişməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, "topçular" Almaniya millisinin üzvünü satmağı planlaşdırırlar.

Buna səbəb ulduz futbolçunun cari mövsümün sonuna qədər olan müqavilə müddətini uzatmaq təklifini qəbul etməməsidi. Belə ki, "Arsenal" yeni saziş üçün 16 milyon avro təklif edirsə, futbolçunun tələbi 20 milyon avrodu. Gələn yay azad agent statusu daşıyacaq Türkiyə əsilli oyunçunun keçidindən pul qazanmaq istəyən londonlular qış fasiləsində onu satmağı qərara alıblar.

Qeyd edək ki, Məsut Özil "Arsenal"a 2013-cü ildə "Real"dan keçib.