Ronaldinyo karyerası ilə bağlı qərar verməyə hazırlaşır

Ronaldinyo karyerası ilə bağlı qərar verməyə hazırlaşır

3 Oktyabr 2017 09:22
Bəyəndim (0) Bəyənmədim (0)

Məşhur futbolçu Ronaldinyo futzal üzrə Braziliya yığmasının heyətinə daxil edilə bilər.

Mediainfo.Az bu barədə APA-ya istinadla xəbər verir.

Məlumata əsasən, sabiq "Milan" və "Barselona" klubunun hücumçusu artıq Braziliya millisinin lideri Falkao ilə komandaya qoşulmasını müzakirə edib. Bundan əvvəl Ronaldinyo Hindistanda futzal yarışlarında gücünü sınayıb. O, 2016-cı ildə Hindistanın futzal üzrə Premyer liqasının "Qoa" komandasında çıxış edib.

Qeyd edək ki, ilin əvvəlində 37 yaşlı Ronaldinyo "Barselona" futbol klubunun səfiri təyin olunub.