"Barselona"da iki istefa birdən - Klubun idarə heyəti dağılır?

"Barselona"da iki istefa birdən - Klubun idarə heyəti dağılır?

2 Oktyabr 2017 17:08
Bəyəndim (0) Bəyənmədim (0)

"Barselona"nın Kataloniyada referendumla bağlı təxirə salınmağını istədiyi "Las Palmas" matçına çıxması və klub rəhbəri Bartomeunun etdiyi açıqlamalar istefalara gətirib çıxarıb.

Milli.Az CNN-ə istinadən xəbər verir ki, ötən gün Kataloniyanın müstəqilliyi üçün keçirilən referendumda yaşananlar və "Barselona"nın "Las Palmas" matçına çıxması klub üçün gözlənilməz olayla yadda qalıb.

Bartomeu matçın baş tutmama tələblərinin qəbul edilməməsindən sonra: "Dünyaya burada nələr olduğunu göstərmək, diqqəti çəkmək üçün matçın azarkeşsiz oynanılmasını istədik", - deyib və "Barselona"nın oyuna çıxmayacağı təqdirdə bunun 6 xal itkisi ilə nəticələnə biləcəyini açıqlamışdı.

Ancaq Bartomeunun açıqlamaları kulubun icraiyyə komitəsindəki hər kəsi razı salmayıb. Rəhbər köməkçisi Çarles Villarubi və idarə heyəti üzvü Xordi Mones matçın oynanılması qərarına etiraz olaraq istefa ediblər.