Qapıçı oyunqabağı öldü - Gürcüstanda

Qapıçı oyunqabağı öldü - Gürcüstanda

2 Oktyabr 2017 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın "Zuqdidi" komandasının qapıçısı Şota Maminaşvili "VİT Corcia" komandası ilə matç qabağı dünyasını dəyişib.

Oxu.Az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.

Hadisə Mtsheta şəhərində baş verib. 31 yaşlı idmançı məşq zamanı huşunu itirib və özünə gəlmədən xəstəxanada dünyasını dəyişib.

Maminaşvili özünün futbol karyerasının böyük hissəsini Batuminin "Dinamo" komandasında keçirib. Qolkiper "Zuqdidi" komandasının tərkibinə hazırkı mövsümdən öncə keçmişdi.