Rəşad Sadıqov millidən gedir - Kapitanın sonuncu matçı...

Rəşad Sadıqov millidən gedir - Kapitanın sonuncu matçı...

2 Oktyabr 2017 10:28
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan millisinin kapitanı Rəşad Sadıqov yığma karyerası ilə bağlı vacib qərar qəbul edib.

Mediainfo.Az yenicag.az-a istinadən xəbər verir ki, təcrübəli kapitan milli ilə vidalaşır.

35 yaşlı futbolçu DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Çexiya ilə matçda milli komandada sonuncu oyununa çıxacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 5-i, Bakı Olimpiya Stadionunda baş tutacaq.

Onu da bildirək ki, Rəşad Sadıqov 2001-ci ildən əsas millimizdə çıxış edir.