Arda üçün dodaq uçuqladan təklif...

Arda üçün dodaq uçuqladan təklif...

16 Aprel 2011 15:21
948
Bəyəndim (0) Bəyənmədim (0)

Sezon sonunda xaricə transferi gözlənilən "Qalatasaray"ın kapitanına şok təklif gəldi! Bir çoxları Arda Turanın yeni mövsümdən etibarən xarici - əsasən ispan klubunda top qovalayacaqlarını sanırdılar. Amma "Fenerbahçe"dən gələn təklif bütün ümidləri alt-üst etmiş oldu. Belə ki, aldığımız məlumata görə, adıçəkilən klub Ardanın onların komandasında iştirak etməsi üçün qarşı tərəfə hər il 5 milyon ödəyəcəyini təklif edib. Hazırda bütün gözlər "Qalatasaray"dadır. Arda gedəcəkmi, qalacaqmı?

Elə bu yerdə deyirlər ki, sən saydığını say, gör fələk nə sayır. Zamanla kapitanın fələyinin hansı "havanı çaldığını" görəcəyik...

Həbib Şahməmmədov

O.M.