Azad Rəhimov varlı Küveytə yalvarır: “Təki gəlin, xərcinizi çəkirik” – Rəzalət

Azad Rəhimov varlı Küveytə yalvarır: “Təki gəlin, xərcinizi çəkirik” – Rəzalət

18 Fevral 2017 13:57
229

Azərbaycanı xalqının borc və kredit bataqlığında boğulduğu, yoxsulluq və işsizliyin artdığı, dükanlarda nisyə dəftərlərinin dolub-daşdığı bir vaxtda nazir varlı dövlətlərin zəhmətini çəkir.

Cumhuriyyet.az məlumatına istinadən bildirir ki , onlardan dördünün adı məlumdur. Özbəkistan, Misir, Livan, Küveyt oyunlarda iştirak etmək istəmirlər.

Amma nazir onların xərclərini qarşılamağa hazır olduqlarını deyir. Burada bir neçə yüz min dollardan söhbət gedir. Amma ölkədəki iqtisadi vəziyyətə görə 7 ölkənin xərclərinin qarşılanması cəmiyyətdə qıcıq yaradır.

Hökumət çəkdiyi xərcləri turistlərlə geri qaytara bilməyəcək. O, "Evrovision", Avropa Oyunları, Formula 1 yarışlarında belə ölkəyə planlaşdırıldığı qədər turist gəlmədi.
Gənclər və İdman Nazirliyinə əlavə olaraq 230 milyon manat vəsait ayrılıb. Güman olunur ki, bu vəsaitin böyük hissəsi İslam Oyunlarına xərclənəcək.

Nə qədər də çox turist gəlsə, bu ölkənin çəkdiyi xərcin borcunu ödəməyəcək. Ancaq nazir 230 milyonu varlı dövlətlərə peşkəş etməyə hazırdır.

Bu pulları sağa-sola səpələmək rüsvayçılıqdır. Bu dövlətlər ölkəmizə gəlmək istəmirlər. Biz isə onlara yalvarırıq ki, pulunuzu da veririk, gəlin iştirak edin. Buna biabırçılıq demək olar.

Dünyanın heç bir ölkəsi belə addım atmaz. Küveyt kimi zəngin, şahzadələr, şeyxlər yaşayan, hər vətəndaşının bankında hesabı olan, miqrantları evində qulluqçu işlədən dövlət oyunlarda iştirakdan imtina edirsə, biz niyə onların xərcini çəkirik?!

Üstəlik nazirin yalanı ortaya çıxır. A.Rəhimov qeyd edib ki, imkanı olmayan ölkələrin xərcini çəkirik. Nə vaxtdan Livan, Küveyt, Misir imkansız ölkələr olub?

Kimsə Azərbaycanda beynəlxalq yarışlar keçirilməsinin əleyhinə deyil. Sadəcə, Avropa və qonşu ölkələrdə, Gürcüstanı misal çəkərək qeyd etmək olar ki, ölkələr və xalqlar turist axınından, yarışlardan gəlir əldə edir, heç bir kasıb dövlətin xərcini çəkmir.

Azərbaycan isə Avropa Oyunlarından sonra eyni mərhəməti müsəlman ölkələri üçün göstərir. Onların gəlmək imkanı yoxdursa, bunun məsuliyyəti üzərimizdə deyil.

Nazirlik təhsil haqqını ödəyə bilməyən tələbələrlə, qəbul imtahanının pullu edilməsi ilə maraqlanmayıb, gənclərin evsiz-eşiksiz yaşamağını araşdırmayıb. Bu gün minlərlə gənc işsizdir, karyera qura bilməyib, hörmətli nazir hansı köməyini göstərib?

Ölkədə elə gün yoxdur ki, ərzaq məhsulları bahalaşmasın, iş yerləri bağlanmasın, ixtisarlar xəbəri gəlməsin. Yaxşı olar ki, nazir butiklərini satıb 7 ölkənin xərcini çəksin.
"Əlli ölkə ilə bağlı təsdiqi almışıq və onlar oyunda iştirak edəcəklər. Qalan 7 ölkə gələ bilmir. Bəzilərinin maliyyə ilə bağlı problemləri var.

Biz çalışırıq ki, onlara kömək edək, onları da bu oyunlara cəlb edək"- Gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə müsahibəsində bunları deyib.

Mediainfo.az