Bakıda boks üzrə dünya çempionatı başlayıb

Bakıda boks üzrə dünya çempionatı başlayıb

26 Sentyabr 2011 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakıda boks üzrə dünya çempionatına start verilib. Azərbaycan milli komandasının 9 idmançı ilə qatıldığı mundialda 127 ölkənin 685 təmsilçisi qələbə uğrunda mübarizə aparacaq.

Dünya çempionatı həm də 2012-ci il London Olimpiadasına lisenziya xarakteri daşıyacaq. Belə ki, bu yarışda 92 idmançı olimpiya vəsiqəsinə sahib olacaq. İlk 8 çəkinin hərəsində 10, 91 kq-dək və 91 kq-dan ağır çəki dərəcələrinin hərəsində isə 6 nəfər Londonda çıxış imkanı qazanacaq. Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan boksçularından heç biri rinqə çıxmayacaq. Yevgeni Kotovun yetirmələrindən ilk olaraq sentyabrın 27-də Elvin Məmişzadə (52 kq) və Rəhim Nəcəfov (56 kq) mübarizə qoşulacaqlar.

Boksçularımıza uğurlar arzu edirik.

Tofiq Əliyev

O.M.