Qadın voleybolçularımız Xorvatiya kollektivini məğlub edib

Qadın voleybolçularımız Xorvatiya kollektivini məğlub edib

26 Sentyabr 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Qadın voleybolçulardan ibarət yığma komandamız Avropa çempionatında ilk qələbəsini qazanıb. Qızlarımız qitə birinciliyində Xorvatiya kollektivini 3:1 hesabı ilə üstələyərək ¼ finalda mübarizə aparmaq şanslarını saxlayıb.

Voleybolçularımız ¼ finalda mübarizə aparmaq üçün Hollandiya kollektivi ilə qarşılaşacaq. ¼ finalın digər iştirakçısı isə Türkiyə-İspaniya görüşündə müəyyənləşəcək.

Biz də öz növbəsində idmançılarımıza uğurlar arzu edirik.

Tofiq Əliyev

O.M.