Daha bir idmançımız London Olimpiadasına lisenziya qazandı

Daha bir idmançımız London Olimpiadasına lisenziya qazandı

22 Sentyabr 2011 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

İdmançılarımız 2012-ci ildə Böyük Britaniyanın London şəhərində keçiriləcək Olimpiya oyunlarına daha bir lisenziya əldə edib. Növbəti lisenziya velosiped idman növündən gəlib.

20 sentyabr 2011-ci il tarixində Danimarkanın Kopenhagen şəhərində velosiped idman növü üzrə keçirilən Dünya çempionatında Azərbaycan yığma komandasının üzvü Çalax Yelena 27.8 km məsafədə 38.08.22 nəticə göstərərək 13-cü yerə layiq görülüb. Çalax Yelena bu nəticə ilə Olimpiadaya lisenziyanı özü üçün təmin edib.

Dünya çempionatının qalibinə gəldikdə isə alman Yudit Arndt hamıdan sürətli olub. Yeni Zelandiya təmsilçisi Linda Melani Uillumsenikinci, ingilis Emma Puley isə üçüncülüklə kifayətlənib.

Bütün idmançılarımıza uğurlar arzulayırıq.

Tofiq Əliyev

O.M.