Millimiz ötən ayla müqayisədə FİFA reytinqində 14 pillə irəliləyib

Millimiz ötən ayla müqayisədə FİFA reytinqində 14 pillə irəliləyib

21 Sentyabr 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA dünya yığmalarının növbəti reytinqini açıqlayıb. Azərbaycan milli komandası ötən ayla müqayisədə 14 pillə irəliləyib. Hazırda millimiz 359 xalla 98-ci yerdə qərarlaşıb. Yığmamızın Avro-2012-nin seçmə mərhələsindəki rəqiblərindən Almaniya 1290 xalla 3-cü, Türkiyə 754 xalla 27-ci, Belçika 729 xalla 34-cü, Avstriya 442 xalla 77-ci, Qazaxıstan isə 198 xalla 131-ci pillədə qərarlaşıb. Siyahının zirvəsinə gəldikdə isə ilk pillədə son Dünya və Avropa çempionu İspaniya seçmə komandası 1605 xalla liderdir. Dünya çempionatının finalçısı Hollandiya isə 1571 xalla 2-ci pillədədir. Qeyd edək ki, növbəti reytinq siyahısı oktyabrın 19-da açıqlanacaq.

Arzu edək ki, millimiz bir addım irəliləyib, iki addım geriləməsin.

Tofiq Əliyev

O.M.