Arda Turan qanadlı avtomobilini satdı

Arda Turan qanadlı avtomobilini satdı

19 Sentyabr 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)
Türkiyədə 12 avtomobildən biri onun idi

Futbolçu Arda Turan qapıları yuxarıya doğru açılan avtomobilini neçəyə satdı? Əldə etdiyimiz məlumata görə, ulduz 2010-cu ildə 330 min avroya aldığı maşınını 250 min avroya sata bilib. Türkiyədə sadəcə 12 ədəd olan "Mercedes SLS AMG" artıq Ardanın deyil. Lakin futbolçunun xüsusi ilə onun üçün istehsal edilmiş "Aston Martin" və "Wolksvagen Caravelle" mini avtobusu var.

Varlığa nə darlıq.

Günel Həbib

O.M.