“Beşiktaş” “Makkabi”ni darmadağın etdi

“Beşiktaş” “Makkabi”ni darmadağın etdi

16 Sentyabr 2011 10:35
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasının qrup mərhələsində ilk turun oyunları keçirilib. Türkiyənin "Beşiktaş" klubu təsnifat mərhələsində "Xəzər Lənkəran"ı mübarizədən kənarlaşdıran "Makkabi"ni (Təl-Əviv) qəbul edib. Qarşılaşma Türkiyə klubunun böyük hesablı qələbəsi ilə başa çatıb. Oyunun birinci hissəsində iki qol vurulub. "Beşiktaş"ın hər iki qolunu Huqo Almeyda vurub. Fasilədən sonra Türkiyə klubu daha üç qol vurub (Mehmet Aurelio, Egemen Korkmaz və Edu), "Makkabi"nin isə gücü yalnız təsəlli qoluna (Kehat) çatıb - 5:1.

Türkiyə siyasi arenadakı heyfini futbolda İsraildən çıxdı.

Tofiq Əliyev

O.M.