“Barselona” öz meydanında “Milan”a qalib gələ bilmədi

“Barselona” öz meydanında “Milan”a qalib gələ bilmədi

14 Sentyabr 2011 09:55
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk oyunlar keçirilib. Turun ən maraqlı qarşılaşması İspaniyada baş tutub. H qrupunda mübarizə aparan "Barselona" öz meydanında İtaliyanın "Milan" klubunu qəbul edib. "Nou Kamp"dakı qarşılaşma 2:2 hesabı ilə başa çatıb.

Oyunda hesabı "Milan" açıb. Hakimin start fitindən cəmi 25 saniyə sonra Pato rəqib oyunçuları yenidən meydanın mərkəzinə qaytarıb. "Barselona" bu qola 36-cı dəqiqədə Pedro ilə cavab verib. Birinci hissə 1:1 hesabı ilə başa çatıb. 50-ci dəqiqədə David Vilya "Barselona"nı hesabda irəli çıxarıb. Oyunun əsas vaxtı meydan sahiblərinin üstünlüyü ilə başa çatıb. Lakin "Milan" "Barselona"nın meydanı qalib kimi tərk etməsinə imkan verməyib. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş dəqiqələrdə Tiaqo Silva qonaqların bərabərlik qolunu vurub: 2:2.

Beləliklə, "Barselona" və "Milan" qrup mərhələsinə 1 xalla başladılar. İkinci turda "Barselona" Belarusda BATE ilə qarşılaşacaq, "Milan" isə öz evində Çexiya "Viktoriya"sını qəbul edəcək.

Hər igidin öz dövranı var, deyirlər. "Barsa"nın da deyəsən dövranı keçir artıq.

Tofiq Əliyev

O.M.