Millimiz FİFA-nın reytinq cədvəlində 15 pillə irəliləyib

Millimiz FİFA-nın reytinq cədvəlində 15 pillə irəliləyib

12 Sentyabr 2011 17:31
Bəyəndim (0) Bəyənmədim (0)

Futbol üzrə Azərbaycan millisi dünya komandalarının reytinq cədvəlində 15 pillə birdən yüksəlib. Müvafiq cədvəli FİFA sentyabrın 21-də rəsmi olaraq açıqlayacaq. Cədvəldə birinci yerdə əvvəlki kimi İspaniya komandası qərarlaşıb. Azərbaycan yığması isə 97-ci sıradadır. Dünya sıralamasında sonuncu olan 203-cü yeri San-Marino millisi tutur. Xatırladaq ki, 2012-ci ilin Avropa çempionatına seçmə oyunlar çərçivəsində Belçika və Qazaxıstanla keçirdiyi son iki oyununda millimiz ümumilikdə dörd xal toplayaraq qrupdakı xal ehtiyatını 7-yə çatdırıb.

Ümid edək ki, milli komandamız bir addım irəliləyi, iki addım geriləmıyəcək.

Tofiq Əliyev

O.M.