Futbolçu topundan uzaqlaşdırıldı!

Futbolçu topundan uzaqlaşdırıldı!

14 Aprel 2011 13:59
1 040
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin "Fethiyespor" futbol klubundan ötən mövsüm "Gebzespora" transfer olan 30 yaşlı F.A. çox güman ki, bundan sonra uzun müddət top üzü görməyəcək. Çünki futbolçu 14 yaşlı qızı zorlamaqda günahlandırılır...

İddiaya görə, futbolçu internetdən F.C adlı qızla tanış olub. Onunla bir neçə dəfə sahildə görüşən səbəbkarımız, qızın ifadəsinə görə, onu dostunun evinə aparıb. Və qızla zorakı cinsi əlaqədə olub. Qızın və ailəsinin şikayətindən sonra F.A. polis bölməsinə çağırılıb. İfadəsində baş verənlərdən xəbərsiz olduğunu söyləyən klub nümayəndəsinə şok xəbər gəlib. Belə ki, qızın iç camaşırından götürülən toxuma nümunələri məhz futbolçuya aid çıxıb. Bu səbəbdən də məhkəmə qarşısına çıxarılan F.A. tutularaq, dəmir barmaqlılar ardına göndərilib.

Vətənində xeyli tanınmış bir futbolçunun adının bu tip olayda hallanması nəinki "futbol" dünyasında, eləcə də qonşu ölkənin cəmiyyətində çaxnaşma yaradıb.

Futbolçu möhtəşəm bir qol vurdu, amma bu dəfə öz qapısına...

Günel Həbib

O.M.