Qatara 2022-ci ilin Dünya Kuboku qəbzi çıxarıldı

Qatara 2022-ci ilin Dünya Kuboku qəbzi çıxarıldı

7 Sentyabr 2011 12:22
Bəyəndim (0) Bəyənmədim (0)
150 milyard gəliri olan ölkə 220 milyard pul xərcləməlidir

2022-ci ilin Dünya Kubokuna hazırlaşan Körfəz ölkələrindən Qatarın tamamlanması lazım olan layihələr üçün 220 milyard dollar pulu gözdən çıxartması gərəkir. Halbuki, ölkənin milli gəliri 150 milyard dollardır.

220 milyardlıq qəbz çıxaran proyektə otellərin, stadionların, parkların, kinoteatrların, hava limanının, alış-veriş mərkəzinin, metronun, dəniz limanının inşası və ya bərpa edilməsi daxildir.

Onu da xatırladaq ki, təbii qaz zəngini olan Qatar ötən dekabr ayında Avstraliya, Amerika, Yaponiya, Koreyanı məğlub edərək, 2022-ci ilin Dünya Kubokuna ev sahibliyi etmək hüququ qazanmışdı.

Qatara qatar-qatar pul lazımdır.

Günel Həbib

O.M.