Milli komandamız bu gün Belçika ilə qarşılaşacaq

Milli komandamız bu gün Belçika ilə qarşılaşacaq

6 Sentyabr 2011 17:23
833
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Belçika və Azərbaycan yığma komandaları qarşılaşacaq. Qarşılaşma Antverpen şəhərindəki Olimpiya stadionunda keçiriləcək. Oyunu slovakiyalı FİFA referisi İvan Krujlyak idarə edəcək. Matçın start fiti Bakı vaxtı ilə saat 21:00-da səsləndiriləcək. Xatırladaq ki, 21 yaşadək futbolçulardan ibarət yığmamız qrupun ilk oyununda İngiltərə kollektivinə səfərdə 0:6 hesabı ilə uduzmuşdular.

Milli komandamıza uğurlar arzulayırıq.

Tofiq Əliyev

O.M.