Qəbələdə dünya kuboku uğrunda yarış başlayır

Qəbələdə dünya kuboku uğrunda yarış başlayır

14 Sentyabr 2016 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Qəbələ rayonu bu günlərdə daha bir beynəlxalq idman tədbirinə ev sahibliyi edəcək. Sentyabrın 16-dan 23-dək "Qəbələ" Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə olimpiya atıcılıq növləri üzrə gənclər arasında dünya kuboku yarışları keçiriləcək. Qəbələ rayonunun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil ediləcək yarışlarda 27 ölkədən 300-ə yaxın idmançının iştirakı ilə gözlənilir. Atıcılığın bir neçə növü üzrə dünya kuboku uğrunda keçiriləcək yarışlarda 21 yaşadək olan gənc qız və oğlanlar mübarizə aparacaqlar. Hazırda beynəlxalq yarışa hazırlıq işləri görülür. İdmançıların və rəsmi qonaqların qarşılanması, yerləşdirilməsi üçün lazımi şərait yaradılıb. Yarışın rəsmi açılış mərasimi sentyabrın 16-da olacaq.

Qeyd edək ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq keçiriləcək bu yarış Avropa və Dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır.

Mediainfo.az