Rio 2016 Paralimpiya: Atletimiz gümüş medal qazandı!

Rio 2016 Paralimpiya: Atletimiz gümüş medal qazandı!

14 Sentyabr 2016 10:18
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan atleti Yelena Çebanu Rio-de Janeyroda keçirilən XV Yay Paralimpiya Oyunlarında özünün üçüncü, Azərbaycan yığmasının 8-ci medalını qazanıb.

"Rio-2016"da bunadək 100 metr məsafəyə qaçışda gümüş və 200 metr məsafəyə qaçışda bürünc medal qazanan Yelena Çebanu bu dəfə uzunluğa tullanma növündə gücünü sınayıb. İdmançı 5.56 metr nəticə göstərərək yeddi idmançını geri qoyub və ikinci yeri tutub. Beləliklə, Paralimpiya yığmamızın Rioda qazandığı medalların ümumi sayı 8-ə çatıb. (report)

Mediainfo.az