Azərbaycan Paralimpiya Oyunlarında ilk medalını qazandı
2016-cı il Rio-de-Janeyro Yay Paralimpiya Oyunlarında mübarizəyə start verilib.
Azərbaycan yığması yarışların birinci günündə ilk medalını qazanıb.
66 kq çəkidə çıxış edən cüdoçumuz Bayram Mustafayev 1/4 finalda braziliyalı Helison Oliveyranı məğlub edib.
Yarımfinalda cüdoçumuz yaponiyalı Satoşi Fudjimoto ilə üz-üzə gəlib. Bu dəfə də qələbə qazanan Bayram Mustafayev finala yüksəlib.
Həlledici görüşdə cüdoçumuzun rəqibi özbəkistanlı Utkirjon Niqmatov olub. Rəqibinə uduzan Mustafayev gümüş medalla kifayətlənib. (Qaynarinfo)
Mediainfo.az
Digər xəbərlər




































































.jpg)
.jpg)
.jpg)













