Ronaldonun “Barselona”ya transferi an məsələsidir - ŞOK İDDİA

Ronaldonun “Barselona”ya transferi an məsələsidir - ŞOK İDDİA

7 Sentyabr 2016 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

Kriştiano Ronaldo "Barselona"ya keçə bilər.

İspaniyanın "Rekord" qəzetinin yaydığı xəbərə görə, bu iddia ilə portuqaliyalı futbolçunun həmyerlisi Luiş Fiqo çıxış edib. Fiqo 2000-ci ildə 44,5 milyon avro qarşılığında "Barselona"dan "Real"a keçmiş və transfer rekordunu qırmışdı. Portuqaliyalı əfsanə indi Ronaldonun eyni addımı ata biləcəyini deyib. Onun sözlərinə görə, "Barselona" Kriştianonun müqaviləsindəki 1,5 milyard avroluq transfer haqqını ödəyərək bu keçidi reallaşdıra bilər.

"Nəticədə bu, sərbəst bazar məsələsidir. Əgər futbolçunun müqaviləsində azad agent olmaq üçün məbləğ göstərilibsə, hər şey mümkündür" deyə Fiqo bildirib.

Fiqo 2000-ci ildə özünün "Barselona"dan "Real"a keçidini belə izah edib: "Real"a keçməyimin ilk səbəbi klub prezidentinin belə bir şeyin ola biləcəyini qəbul etməsi idi. İşlər getdikcə ciddiləşdi, mən də müqaviləmi yaxşılaşdırmaları üçün təklifi "Barselona"ya çatdırdım". (publika)

Mediainfo.az