Ərəbistanlı klub prezidenti Türkiyədə dünyasını dəyişib

Ərəbistanlı klub prezidenti Türkiyədə dünyasını dəyişib

1 Sentyabr 2016 15:47
Bəyəndim (0) Bəyənmədim (0)

Səudiyyə Ərəbistanın "Əl-İttihad" klubunun prezidenti Əhməd Masud vəfat edib. Məlumata görə, Türkiyənin Kocaeli şəhərində olarkən, klub rəhbərinin otel otağında ürəyi tutub.

Səhhəti pisləşən Masoud xəstəxanaya aparılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu səbəbdən, komanda toplanışı yarımçıq saxlayıb ölkəsinə qayıdacaq.

Qeyd edək ki, hadisə baş verən zaman "Əl-İttihad" klubu Kocaelidə təlim-məşq toplanışında olub.

Mediainfo.az