Yığmamız İngiltərəyə böyük hesabla uduzub

Yığmamız İngiltərəyə böyük hesabla uduzub

2 Sentyabr 2011 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan milli komandası (U-21) növbəti oyununu keçirib. Bernard Lippertin yetirmələri yığmamız üçün növbəti olan Avropa çempionatında ilk matçına çıxıb. Avro-2013-ün seçmə mərhələsindəki qarşılaşmada futbolçularımız İngiltərə yığması ilə görüşüblər. Uotfird şəhərində baş tutan matç meydan sahiblərinin şousuna çevrilib. Yığmamıza "dərs" keçən futbolun yaradıcıları 6 cavabsız qolla seçmə mərhələyə darmadağınla başlayıb. Bununla da millimizin start matçında uduzmaq ənənəsi 9-cu dəfə qırılmaz qalıb.

Oyunda biri udmalı, digəri uduzmalıdır. Sadəcə uduzanda da ləyaqətlə uduzmaq lazımdır.

Tofiq Əliyev

O.M.