“Viktoriya” – “Qarabağ” oyunu canlı yayımda

“Viktoriya” – “Qarabağ” oyunu canlı yayımda

26 İyul 2016 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində üz-üzə gələcək "Viktoriya" – "Qarabağ" matçını azarkeşlər canlı yayımda izləyə biləcək.

Futbolinfo.az xəbər verir ki, "CBC Sport" kanalı vasitəsi ilə tamaşaçılara təqdim olunacaq.

Dünən "CBC Sport"un oyunu göstərmək üçün 6 min avro tələb olunduğunu və bu məbləği ödəyə bilməyəcəkləri barədə xəbər vermişdik. Lakin son anda məsələyə müdaxilə edən AFFA tələb olunan 6 min avronu ödəməyi üzərinə götürüb. Bu barədə rəsmi açıqlama hələ ki, verilməsə də, yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, "Viktoriya" – "Qarabağ" matçı bu axşam saat 22:15-də start götürəcək.

Mediainfo.az