Messi Avropanın ən yaxşı futbolçusu seçildi

Messi Avropanın ən yaxşı futbolçusu seçildi

26 Avqust 2011 11:39
Bəyəndim (0) Bəyənmədim (0)
O, Kriştianu Ronaldu və Xavi Ernandesi qabaqlayıb

UEFA-nın versiyası üzrə Avropanın ən yaxşı futbolçusu mükafatının ilk sahibi "Barselona"nın oyunçusu Lionel Messi olub. O, səsvermədə Kriştianu Ronaldu və Xavi Ernandesi qabaqlayıb. Lionel Messiyə mükafat Monakoda UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı təqdim edilib.

Argentina millisinin hücumçusu ötən mövsüm "Barselona"nın heyətində 53 qol vurub. O, 12 dəfə Çempionlar Liqasında fərqlənib və ardıcıl üçüncü dəfə turnirin ən yaxşı bombardiri olub. Bundan başqa, Lionel Messi "Barselona"ya dalbadal üçüncü dəfə İspaniya çempionu olmaqda yardım edib.

Heç bir əziyyət yerdə qalmır.

Tofiq Əliyev

O.M.