"Qarabağ" Lüksemburqa gedir

"Qarabağ" Lüksemburqa gedir

18 İyul 2016 15:42
Bəyəndim (0) Bəyənmədim (0)

EFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Lüksemburqun "F91 Düdelanj" komandasının qonağı olacaq "Qarabağ"ın səfər planı bəlli olub.

Ağdam klubu bu gün axşam saatlarında ölkəmizi tərk edəcək. Komanda çarter reysi ilə İstanbula uçacaq.

Qeyd edək ki, "F91 Düdelanj" - "Qarabağ" matçı iyulun 20-si Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Lüksemburqun "Jos Nosbaum" stadionunda üz-üzə gələcək rəqiblərin cavab görüşündə şotlandiyalı Kevin Klansi fit çalacaq.

Mediainfo.az