İlham Əliyev idmançıları Rio-de-Janeyroya yola saldı

İlham Əliyev idmançıları Rio-de-Janeyroya yola saldı

18 İyul 2016 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 18-də rəsmi yolasalma mərasimi keçirilib.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı mərasimdə nitq söyləyib.

Sonra gənclər və idman naziri Azad Rəhimov, yunan-Roma güləşi üzrə Azərbaycan yığma komandasının məşqçisi Akif Əliyev, paralimpiyaçı İlham Zəkiyev, yunan-Roma güləşçisi Rəsul Çunayev çıxış ediblər.

Çıxışlardan sonra idmançılar Olimpiya andı içiblər.

Mediainfo.az