Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb

15 İyul 2016 14:59
Bəyəndim (0) Bəyənmədim (0)

Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Liqa yolu və Çempionlar yolu üzrə cütlər bəlli olub.

Öz ölkəsinin çempionlarının mübarizəsində 3 klub və 17 cütlük növbəti mərhələdəki potensial rəqiblərini tanıyıb. Bu 37 klub pley-offa 10 vəsiqə üçün mübarizə aparacaq. Azərbaycan çempionu "Qarabağ" Lüksemburq "Düdelanj"ını keçsə, Çexiya "Viktoriya"sı ilə qarşılaşacaq.

Yüksək reytinqli ölkələrin çempionu olmayan klubların mübarizəsində isə 5 cüt müəyyənləşib. Türkiyə "Fənərbaxça"sı Fransa "Monako"su ilə düşüb.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar yolu

"Rusenborq" (Norveç) - "Norçepinq" (İsveç) cütünün qalibi -

TNS (Uels) - APOEL (Kipr) cütünün qalibi

"Vardar" (Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi - "Dinamo" (Tiflis, Gürcüstan) – "Alaşkert" (Ermənistan) cütünün qalibi

"Olimpiakos" (Yunanıstan) – "Hapoel" (Beyer-Şeva, İsrail) - "Şerif" (Moldova) cütünün qalibi

"Jalgiris" (Litva) - "Astana" (Qazaxıstan) cütünün qalibi - "Linkoln" (Cəbəllütariq) - "Seltik" (Şotlandiya) cütünün qalibi

"Olimpiya" (Sloveniya) - "Trençin" (Slovakiya) cütünün qalibi - "Zrinski" (Bosniya və Herseqovina) - "Legiya" (Polşa) cütünün qalibi

"Viktoriya" (Çexiya) - "Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi

"Astra" (Rumıniya) - "Kruzaders" (Şimali İrlandiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi

BATE (Belarus) - SJK (Finlandiya) cütünün qalibi - "Dandalk" (İrlanaiya) - "Hafnarfyorfur" (İslandiya) cütünün qalibi

"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi - "Valletta" (Malta) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi -

"Partizani" (Albaniya) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi - "Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi -

Liqa yolu

"Ayaks" (Hollandiya) - PAOK (Yunanıstan)

"Sparta" (Çexiya) - "Styaua" (Rumıniya)

"Şaxtyor" (Ukrayna) - "Yanq Boyz" (İsveçrə)

"Rostov" (Rusiya) - "Anderlext" (Belçika)

"Fənərbaxça" (Türkiyə) - "Monako" (Fransa)

Qeyd edək ki, III təsnifat mərhələsinin ilk görüşləri iyulun 26-27-də, cavab qarşılaşmaları avqustun 2-3-də baş tutacaq.

Mediainfo.az