Ronaldo 8 il əvvəl reklamına çəkildiyi  avtomobili aldı - VİDEO

Ronaldo 8 il əvvəl reklamına çəkildiyi avtomobili aldı - VİDEO

15 İyul 2016 12:54
Bəyəndim (0) Bəyənmədim (0)
"Yırtıcı gəlir"

"Real"ın və Portuqaliya millisinin hücumçusu avtomobil kolleksiyasına daha birini əlavə edib.

Avropa çempionu bu barədə "Instagram" səhifəsində yazıb: "Yırtıcı gəlir". O, kolleksiyasını dünyanın ən sürətli və bahalı avtomobillərindən sayılan "Bugatti Veyron"la genişləndirib.

Portuqaliyalı futbol ulduzunun "maşın xəstəsi" olduğu heç kimə sirr deyil. Onun qarajında "McLaren MP4-12 Spyder", "Ferrari 599 GTO" və "Rolls-Royce Phantom" kimi markalar var.

Maraqlıdır ki, Ronaldo 8 il əvvəl məhz bu maşının reklam çarxına çəkilib. O, "Nike" butslarını geyinərək qısa məsafədə "Bugatti Veyron"la ötüşmüş və qalib gəlmişdi. (publika)

Mediainfo.az