Millimiz FİFA reytinqində irəlilədi

Millimiz FİFA reytinqində irəlilədi

14 İyul 2016 15:25
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Məlumata görə yığmamız1 pillə irəliləyərək, 137-ci yerə qalxıb.

Ölkəmizin aktivində hazırda 253 xal var. UEFA zonasında 46-cı olan təmsilçimiz köhnə potsovet məkanı ölkələri arasında da yalnız Moldova və Tacikistanı qabaqlayır.

Yığmamız cədvəldə Niger, Burundi, Puerto-Rika, Suriya, İraq kimi ölkələrdən geri qalır.

Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərinin siyahıdakı mövqeyi belədir: Almaniya (4, 1319), Şimali İrlandiya (28, 822), Çexiya (33, 768), Norveç (53, 588) və San-Marino (200, 20).

Qeyd edək ki, ötən ayın çox irəliləyən komandası Yeni Zelandiya olub. 54 pilləlik sıçrayış edən bu komanda hazırda 93-cüdür. Ən pis göstəici isə Belizə məxsusdur. Bu komanda 114-cü yerdən 164-cü pilləyə yuvarlanıb.

İlk onluqda qərarlaşan komandalar isə bunlardır: Argentina (1585), Belçika (1401), Kolumbiya (1331), Almaniya (1319), Çili (1316), Portuqaliya (1266), Fransa (1189), İspaniya (1165), Braziliya (1156), İtaliya (1155).

FİFA növbəti reytinq cədvəlini avqustun 14-də açıqlayacaq.

Mediainfo.az