Əliyar Ağayev İtaliya-Avstriya matçının hakimi olacaq

Əliyar Ağayev İtaliya-Avstriya matçının hakimi olacaq

13 İyul 2016 10:25
Bəyəndim (0) Bəyənmədim (0)

Almaniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatının II turunun ilk oyun gününün təyinatları açıqlanıb.

Azərbaycan hakimi Əliyar Ağayev növbəti təyinatını alıb.

FİFA referisi İtaliya – Avstriya matçının baş hakimi olacaq. Sabah baş tutacaq qarşılaşma Reutlingen şəhərində keçiriləcək.

Qeyd edək ki, Ağayev ilk turun Xorvatiya - Hollandiya matçında (1:3) dördüncü hakim funksiyasını yerinə yetirib.

Mediainfo.az