“Qarabağ” növbəti mərhələdə “Olimpiakos”la qarşılaşa bilər

“Qarabağ” növbəti mərhələdə “Olimpiakos”la qarşılaşa bilər

12 İyul 2016 15:42
287
Bəyəndim (0) Bəyənmədim (0)

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin detallarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, turnirin II təsnifat mərhələsi başa çatmamış növbəti raundun cütləri bəlli olacaq.

İlk oyununa bu gün çıxacaq "Qarabağ" da iyulun 15-də baş tutacaq püşkü gözləyəcək. Çünki Lüksemburq "Düdelanj"ı təmsilçimiz üçün çətin rəqib sayılmadığından əsas diqqətlər məhz III təsnifat mərhələsinə yönələcək.

Cümə günü İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Püşkatma iki hissədən ibarət olacaq.

Öz ölkəsində çempion olmayan 10 cüt "Liqa yolu"nda rəqiblərini tanıyacaq. Çempionların mübarizəsində isə yarışa bu mərhələdən qatılan 3 klub və 17 cütlük iştirak edəcək. Bu 3 klubdan 2-si səpələnmiş, 1-i səpələnməmiş olacaq.

17 cüt isə daha yüksək reytinqlinin əmsalına əsasən səbətini bilib. "Qarabağ" – "Düdelanj" cütü Ağdam təmsilçisinin əmsalına görə 11-ci olduğundan çempionumuz səpələnməmişlər sırasındadı.

Bu isə Qurban Qurbanovun yetirmələrinə 8 cütün qalibi və ya "Olimpiakos", "Viktoriya"dan biri ilə düşməsi deməkdi. Əgər cümə günü atılacaq püşkdə "Qarabağ"a düşən cütlükdə oyunlar sensasiya ilə başa çatsa, təmsilçimizin işi xeyli asan ola bilər. Təbii ki, çempionumuz özü sensasiyaya imkan verməsə.

Çempionlar yolu

Səpələnmişlər

"Olimpiakos" (Yunanıstan)

"Viktoriya" (Çexiya)

"Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi

TNS (Uels) - APOEL (Kipr) cütünün qalibi

"Linkoln" (Cəbəllütariq) - "Seltik" (Şotlandiya) cütünün qalibi

BATE (Belarus) - SJK (Finlandiya) cütünün qalibi

"Zrinski" (Bosniya və Herseqovina) - "Legiya" (Polşa) cütünün qalibi

"Vardar" (Makedoniya) - "Dinamo" (Zaqreb, Xorvatiya) cütünün qalibi

"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi

"Kruzaders" (Şimali İrlandiya) - "Kopenhagen" (Danimarka) cütünün qalibi

Səpələnməmişlər

"Qarabağ" (Azərbaycan) - "Düdelanj" (Lüksemburq) cütünün qalibi

"Rusenborq" (Norveç) - "Norçepinq" (İsveç) cütünün qalibi

"Jalgiris" (Litva) - "Astana" (Qazaxıstan) cütünün qalibi

"Astra" (Rumıniya)

"Hapoel" (Beyer-Şeva, İsrail) - "Şerif" (Moldova) cütünün qalibi

"Valletta" (Malta) - "Srvena Zvezda" (Serbiya) cütünün qalibi

"Dinamo" (Tiflis, Gürcüstan) – "Alaşkert" (Ermənistan) cütünün qalibi

"Dandalk" (İrlanaiya) - "Hafnarfyorfur" (İslandiya) cütünün qalibi

"Olimpiya" (Sloveniya) - "Trençin" (Slovakiya) cütünün qalibi

"Partizani" (Albaniya) - "Ferensvaroş" (Macarıstan) cütünün qalibi

Liqa yolu

Səpələnmişlər

"Şaxtyor" (Ukrayna)

"Ayaks" (Hollandiya)

"Anderlext" (Belçika)

"Fənərbaxça" (Türkiyə)

"Sparta" (Çexiya)

Səpələnməmişlər

PAOK (Yunanıstan)

"Styaua" (Rumıniya)

"Monako" (Fransa)

"Yanq Boyz" (İsveçrə)

"Rostov" (Rusiya)

Mediainfo.az