"Trabzonspor” Ramil Şeydayevlə müqavilə bağlayıb

"Trabzonspor” Ramil Şeydayevlə müqavilə bağlayıb

12 İyul 2016 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

"Zenit"dən ayrılan Azərbaycan əsilli futbolçu Ramil Şeydayevin karyerasını Türkiyədə davam etdirəcəyi dəqiqləşib.

Apasport.az sayt xəbər verir ki, "Trabzonspor" 20 yaşlı hücumçunu rəsmən heyətinə qatıb.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, Şeydayev qarşıdakı 4 ili "bordo-mavililər"in heyətində keçirəcək.

Şeydayevin "Trabzonspor"da nə qədər məvacib alacağı da bəlli olub. Qarşıdakı mövsümdə 430 min avro maaş alacaq Ramil 2017-2018 mövsümündə 350 min, 2018-2019 mövsümündə 400 min, 2019-2020 mövsümündə isə 450 min avro qazanacaq.

Şeydayev yeni klubunda tibbi müayinədən də keçib.

Qeyd edək ki, Ramil Şeydayev bu günlərdə AFFA-ya müraciət edərək, Azərbaycan millisində oynamaq istədiyini bildirib.

Mediainfo.az