İŞİD futbolçuların başını kəsdi - FOTO

İŞİD futbolçuların başını kəsdi - FOTO

11 İyul 2016 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Tükürpədici hadisə şəhərin mərkəzi meydanında baş verib

İŞİD terror qruplaşması kürd döyüşçülərinin xeyrinə casusluqda ittiham etdiyi dörd məşhur futbolçunun başını kəsib. ANS PRESS-in məlumatına görə, bu barədə "The Daily Mail" xəbər verib.

Silahlılar uşaqlarında olduğu izdiham qarşısında dördü idmançı olmaqla beş nəfərin başını kəsib.

Terrorçuların qurbanları - Usama Abu-Küveyt, İxsan al Şaveykx, Nexad Al Xussen və Əhməd Axavax Suriyanın məşhur "Al-Şabab" komandasının üzvləri olub. Terrorçular futbolçuları Rakka şəhərində, şəhərin mərkəzi Əl-Dəllə meydanında insanların gözü qarşısında edam edib.

Futbolçuların edamından dəhşətli şəkilləri İŞİD terror qruplaşması sosial şəbəkələrdə yayıb.

İki il əvvəl Rakkanı tutan İŞİD terror qruplaşması yerli əhaliyə futbol daxil olmaqla bütün idman məşğuliyyətlərini qadağan edib.

İŞİD terror qruplaşması bir il ərzində İraqın şimalında 837 qadını edam edib. Bu barədə Niyneva əyalətinin polis generalı Zanun əl-Sabavi bildirib. Onlardan əksəriyyət İŞİD terrorçularının şəriət məhkəməsinin qərarı ilə güllələnmişlər. Bu halda ilk zərbəni şura deputatları, dövlət qulluqçuları, vəkillər, notariuslarda və bərbərlərdə çalışan qadın-namizədlər alıb.

Edam olunan futbolçular

Bir müddət əvvəl İŞİD terrorçu qruplaşması cadugərlikdə ittiham etdikləri 74 uşağı edam edib. Uşaqlarla birlikdə onların anaları və qohumları da öldürülüblər. İŞİD terror qruplaşması cadugərlikdə ittiham etdikləri 3000 insanı edam edib. Bunların əksəriyyəti qadındır.

Bir müddət əvvəl İŞİD terror qruplaşması Palmira şəhərində 217 nəfəri edam edib. Öldürülənlərin 67-si dinc sakin, o cümlədən 14-ü uşaq və 12-i qadın olub. Qalan 150 nəfər isə Suriya ordusunda xidmət edən hərbçilər olub. İŞİD terrorçuları mayın 24-də Palmirada 400 dinc sakinə divan tutub.

Bundan əlavə qruplaşma "seks-cihadı"nda iştirak etmədiklərinə görə, 150 dən çox qadını edam edib. "Seks-cihadı" dedikdə İŞİD terrorçulurarına intim xidmətlərin göstərilməsi nəzərdə tutulur. Bunun üçün dünyanın müxtəlif ölkələrindən olan gənc müsəlman xanımları Suriya və İraq ərazisinə gəlməyə çağırırlar.

Mediainfo.az