“Real” “Qalatasaray”a qalib gəldi

“Real” “Qalatasaray”a qalib gəldi

25 Avqust 2011 09:00
883
Bəyəndim (0) Bəyənmədim (0)

Madriddə "Real" və Türkiyənin "Qalatasaray" klubları arasında yoldaşlıq oyunu keçirilib. Qarşılaşmaya Türkiyə klubu daha fəal başlayıb. Bu fəallıq nəticəsini verib və qonaqlar 11-ci dəqiqədə hesabı açıblar. "Qalatasaray"ın yeni transferi Səlcuq İnan fərqlənib. Buraxılan qoldan sonra "Real" təşəbbüsü tədricən ələ almağa başlayıb. Ardıcıl hücumlardan sonra 34-cü dəqiqədə "Kral klubu" hesabı bərabərləşdirib. Komandasının bərabərlik qolunu Serjio Ramos vurub. Birinci hissə 1:1 hesabı ilə başa çatıb. İkinci hissədə meydan sahibləri hesabda irəli çıxıblar. 51-ci dəqiqədə Kərim Benzema rəqib oyunçuların səhvindən yararlanaraq qapıçı ilə təkbətək çıxıb və "Real"ın qələbə qolunu vurub. Bundan sonra komandalar fərqlənə bilməyiblər.

Bu oyundur, kimsə qalib gəlməli, kimsə də məğlub olmalıdır.

Tofiq Əliyev

O.M.