Azarkeşlər Pepeni ən yaxşı oyunçu seçdilər - FİNAL

Azarkeşlər Pepeni ən yaxşı oyunçu seçdilər - FİNAL

11 İyul 2016 10:26
Bəyəndim (0) Bəyənmədim (0)

AÇ-2016-nın final matçının ən yaxşısı müəyyənləşib.

Portuqaliya – Fransa oyununun ən yaxşısını azarkeşlər seçiblər.

UEFA-nın saytında keçirilən sorğunun qalibi çempionun – Portuqaliyanın müdafiəçisi Pepe olub.

Qarşılaşmanın başlama saatına qədər oynayıb-oynamayacağı şübhə altında olan futbolçu görüşü yüksək səviyyədə keçirərək, komandasının çempionluğunda önəmli rol oynayıb.

Mediainfo.az