Tərtərdə bir gecədə üç evə basqın edən maskalı şəxs tutulub - FOTO

Tərtərdə bir gecədə üç evə basqın edən maskalı şəxs tutulub - FOTO

9 İyul 2016 20:34
Bəyəndim (0) Bəyənmədim (0)

Tərtərin Qaraqoyunlu kəndində evlərə basqın edən maskalı şəxs saxlanılıb.

Saxlanılan şəxs elə həmin kəndin sakini, 21 yaşlı Ağacanov Azər Ağacan oğludur.

Tərtər Rayon Polis Şöbəsinin müstəntiqi Tural Əhmədli bildirib ki, saxlanılan şəxs artıq əməlini etiraf edib.

Müstəntiqin sözlərinə görə, A. Ağacanovun basqın etdiyi ailələrin hər üçü ailə başçısını itirib.

O, aprelin 20-da qarət məqsədilə kənd sakinləri Maral Əliyeva, Tamella Əliyeva və Nəzakət Məmmədovanın evlərinə girsə də, məqsədinə nail ola bilməyib.

A. Ağacanov cinayət məsuliyyətinə cəlb edilib. Araşdırma davam edir. (apa)

Mediainfo.az