Avro-2016: Fransa–Portuqaliya finalı ingilislərə tapşırıldı

Avro-2016: Fransa–Portuqaliya finalı ingilislərə tapşırıldı

8 İyul 2016 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Fransada keçirilən futbol üzrə Avropa çempionatının son hakim təyinatı məlum olub.

UEFA final qarşılaşmasını idarə edəcək referinin adını açıqlayıb. İyulun 10-da meydan sahibi Fransa ilə Portuqaliya millisi arasında "Stad de Frans"da oynanılacaq final matçını ingiltərəli Mark Klattenburq idarə edəcək.

Təyinatlarda yenilik edən qurum bu oyuna iki UEFA nümayəndəsi göndərmək qərarına gəlib.

Mediainfo.az