"Kəpəz"i Ermənistan komandası kimi təqdim edən Türkiyə mətbuatı yanlışlığı aradan qaldırmağa başlayıb - YENİLƏNİB  - FOTO

"Kəpəz"i Ermənistan komandası kimi təqdim edən Türkiyə mətbuatı yanlışlığı aradan qaldırmağa başlayıb - YENİLƏNİB - FOTO

8 İyul 2016 12:02
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə mətbuatı Gəncənin "Kəpəz" komandası ilə bağlı yol verdikləri səhvləri aradan qaldırmağa bağlayıb.

"Apasport"un məlumatına görə, Lig TV artıq yanlışlığı aradan qaldırıb.

apa-nın Türkiyə müxbiri "Kəpəz"i Ermənistan komandası kimi təqdim edən medai orqanları ilə əlaqə saxlayıb.

Media orqanlarından bildirilib ki, texniki səhvə yol verilib, yanlışlıq qısa müddətdə aradan qaldırılacaq.

12:02

Türkiyənin NTV Spor kanalının rəsmi saytında böyük qəbahətə yol verilib.

Sport7.az xəbər verir ki, Avropa Liqasında növbəti mərhələdə qarşılaşacaq rəqiblərin təqdimatı zamanı təmsilçimiz Ermənistan klubu kimi təqdim edilib. Halbuki, Ermənistanda heç vaxt "Kəpəz" adında klub olmayıb. Kanal çalışanlarının da bunu bilməməsi mümkünsüzdür. Görünür, iki dövlət arasında mehriban münasibətləri pozmağa çalışan mənfur qüvvələr təxribat törətməyə cəhd ediblər.

Mediainfo.az