Yığmamız FİFA-nın reytinq siyahısında geriləyib

Yığmamız FİFA-nın reytinq siyahısında geriləyib

24 Avqust 2011 14:04
Bəyəndim (0) Bəyənmədim (0)

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Azərbaycan yığması ötən ayla müqayisədə 1 pillə geriləyib. Son reytinq hesablanan müddətdə Makedoniya yığmasına Bakıda yoldaşlıq görüşündə uduzan (0:1) komandamız 112-ci yerə düşüb. Hesabında 272 xal olan seçməmiz UEFA-nın reytinqində 45-dir. Avro-2012-in seçmə mərhələsindəki növbəti rəqiblərimiz - Tofiq Bəhramov adına Respublika stadionunda görüşəcəyimiz Belçika (675 xal) 32-ci, Qazaxıstan (227 xal) 126-cı pillədə qalıb. Qrupumuzun favoritləri olan Almaniya (1330 xal) 3-cü, Türkiyə (811 xal) 24-cü yerdə mövqeyini qoruyub.

Qrupumuzda ən çox geriləyən Avstriya yığmasıdır. 472 xalı olan bu komanda 2 pillə geriləyərək, 68-ci yerə düşüb.

DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən ən çox irəliləyən Rusiyadır - 5 pillə. Şimal qonşularımız 940 xalla 13-cü pilləyə yüksəlib. Qrupumuzun favoriti Portuqaliya (1060) 1 pillə geriləyərək, 8-ci yerə düşüb. İsrail millisi (746 xal) yenə 32-ci yerdədirsə, Şimali İrlandiya (545 xal) 3 pillə irəliləyərək, 59-cu yerə qalxıb. Autsayder Lüksemburq isə 211 xalla 128-ci pillədə qalaraq, bizdən də geridədir.

Siyahıda uzun fasilədən sonra lider dəyişikliyi olub. Hollandiya yığması 1596 xalla zirvəyə yüksəlib. Onun son dünya çempionatının finalında uduzduğu İspaniya yığması (1563 xal) 2-ci pilləyə düşüb.

Futbolumuz inkişaf etməkdənsə, inkişafdan qalır.

Tofiq Əliyev

O.M.