Prezident Messidən yığmada qalmasını xahiş etdi

Prezident Messidən yığmada qalmasını xahiş etdi

28 İyun 2016 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Argentina prezidenti Maurisio Makri ölkə yığmasının hücumçusu Lionel Messiyə şəxsən zəng edərək milli komandanı tərk etməməsini xahiş edib.

Bu barədə "France-Presse" agentliyi xəbər yayıb.

Xatırladaq ki, ötən bazar günü ABŞ-da keçirilən Amerika kubokunun finalında argentinalılar penalti seriyasında Çili yığmasına 2:4 hesabı ilə məğlub olublar. Messi 11 metrdən qol vura bilməyib. Oyundan dərhal sonra beşqat "Qızıl top" sahibi öz karyerasının sona çatdığını bildirib.

"Prezident Messiyə zəng edib, yığmasının oyunu zamanı duyduğu qürur hissindən danışıb və ondan tənqidlərə məhəl qoymamağı xahiş edib", - deyə dövlət başçısının nümayəndəsi agentliyə bildirib.

O, tvitinə #NoTeVayasLio (Getmə Leo) heştaqı əlavə edib. Bununla argentinalılar 29 yaşlı məşhur oyunçunun qərarından dönməsini istəyirlər.

Mediainfo.az