"Formula-1": "Bakıda baş verənlər bizim üçün yenilikdir" - Kimi Raykkonen

"Formula-1": "Bakıda baş verənlər bizim üçün yenilikdir" - Kimi Raykkonen

18 İyun 2016 13:31
Bəyəndim (0) Bəyənmədim (0)

Bir sürətli dövrədə təkərləri işlətməklə bağlı problemimiz var idi. Onlar biz istəyən şəkildə işləmədi".

Bunu "Ferrari"nin piloti Kimi Raykkonen deyib.

Bakıda təşkil edilən "Formula-1" üzrə Avropa Qran-prisində dünən iki dəfə sərbəst yürüşlər keçirilib. Yürüşlər zamanı heç də uğurlu təsir bağışlamayan Raykkonen 22 pilot arasında ən yaxşı 13-cü göstəriciyə nail olub.

Finlandiyalı idmançı keçirdiyi mətbuat konfransında bunun səbəbləri barədə danışıb. O, vəziyyətdən çıxış yolu axtardıqlarını bildirib: "Doğrudu, sərbəst yürüşlərdə yüksək vaxt göstəricisini nümayiş etdirə bilmədik. Amma hər dövrədə vəziyyət yaxşılığa doğru gedirdi. Digər komandaların nə işlə məşğul olduqlarını bilmirik. Ancaq bizdə avtomobilin balansı normal idi. Əsas məqsədimiz sürətli dövrələrdə şinlərin işləməsinə nail olmaq idi. Çalışmalıyıq təkərləri trasa uyğunlaşdıraq. Sərbəst yürüşdən sonra əldə olan məlumatları öyrənməliyik ki, sıralama yarışmasında daha üstün ola bilək".

37 yaşlı pilot Bakı trasının normal olduğunu da sözlərinə əlavə edib: "Düşünmürəm ki, komanda mənim avtomobilimdə nə baş verdiyini bilir. Bolid sadəcə dayandı, mən də onun səbəblərini bilmirəm. O ki qaldı trasa, ümumilikdə hər şey normal idi. Düzdü, örtük bir az sürüşkən idi. Amma bu, yeni trek üçün adi haldı. Trasın quruluşu yaxşıdı. Burda baş verənlərin hamısı bizim üçün yenilikdi".

Mediainfo.az