Möhtəşəm yarışa görə Hökumət Evindəki bütün işçilər istirahətə göndərildi

Möhtəşəm yarışa görə Hökumət Evindəki bütün işçilər istirahətə göndərildi

17 İyun 2016 17:32
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 17-19-da Bakıda keçirilən "Formula-1" Avropa Qran Prisi ilə əlaqədar olaraq Hökumət Evində yerləşən dövlət qurumlarının işçiləri müvəqqəti olaraq evə buraxılıblar.

Bu qurumların əməkdaşları iyunun 21-dək istirahət edəcəklər.

İqtisadiyyat Nazirliyindən sayta bildirilib ki, nazirlik iyunun 15-dən 21-nə qədər işləməyəcək: "Nazirlik əməkdaşlarına iyunun 21-dən işə çıxmaları bildirilib. Lakin həmin vaxt nazirliyin işə bağlayacağı dəqiq məlum deyil".

Energetika Nazirliyinin əməkdaşları isə iyunun 14-dən etibarən evə buraxılıblar və iyunun 20-də işə qayıtmaları planlaşdırılır.

Kənd Təsərrüfatı Nazirliyində də əməkdaşlar iyunun 14-ü günün ikinci yarısından etibarən evə buraxılıblar və onlara iyunun 20-də işə qayıtmaları tövsiyə olunub.

Qeyd edək ki, analoji vəziyyət Hökumət Evində yerləşən digər qurumlarda da mövcuddur.

Xatırladaq ki, Hökumət Evində Energetika, İqtisadiyyat, Kənd Təsərrüfatı, Mədəniyyət və Turizm nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yerləşir.

Emin Axund