"Qarabağ" “Zenit”lə qarşılaşacaq

"Qarabağ" “Zenit”lə qarşılaşacaq

14 İyun 2016 12:08
Bəyəndim (0) Bəyənmədim (0)

Yeni mövsümün hazırlıqları üçün Avstriyaya gedəcək "Qarabağ" futbol klubunun keçirəcəyi yoxlama görüşlərindəki növbəti rəqibi məlum olub.

Komandamız "Rostov"la qarşılaşmalı olsa da, planda dəyişik olub. "Qarabağ" iyunun 28-də dördqat Rusiya çempionu "Zenit" ilə yoxlama oyunu keçirəcək.

Qeyd edək ki, "Qarabağ"ın ilk rəqibi yerli "Vakker" klubudur. Sözügedən qarşılaşma iyunun 25-də baş tutacaq.

Mediainfo.az